...

Akif Əlizadə: Bəzi gənclər deyirlər ki, elm nəyə lazımdır, neftdən gələn gəlirlə yaşayırıq

Gündəm Materials 25 Aprel 2018 12:26 (UTC +04:00)
Bəzi gənclər deyirlər ki, elm nəyə lazımdır, neftdən gələn gəlirlə yaşayırıq
Akif Əlizadə: Bəzi gənclər deyirlər ki, elm nəyə lazımdır, neftdən gələn gəlirlə yaşayırıq

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycanda son illərdə elmin inkişafı üçün dövlət tərəfindən bir çox işlər görülüb. Amma buna baxmayaraq, yenə də bəzi gənclər deyirlər ki, elm nəyə lazımdır, neftdən gələn gəlirlə yaşayırıq. Amma mən belə gənclərə Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin fikri ilə cavab verərək demək istəyirəm ki, bu gün elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan elmi bu gün dünyada öz sözünü deməyə qadirdir.

Akademik bildirib ki, elm və təhsil vəhdətdə olmasa, inkişaf olmaz: "Sovet dövründə elm və təhsilin bir-birindən ayrılması gənclər üçün çox mənfi fəsadlar yaratdı. Bu gün elm və təhsilin vəhdətini həyat özü tələb edir. İnkişaf üçün yeganə yol təhsilin elmə inteqrasiyasıdır. Biz bu istiqamətdə işlər aparırıq".

A.Əlizadə əlavə edib ki, 3 il əvvəl AMEA-da ilk dəfə olaraq, magistraturaya qəbul olunmuş 18 nəfərdən 17-si bu il doktoranturaya qəbul imtahanı verir.

Akademik bunu təhsillə elmin inteqrasiyasının ən yaxşı göstəricisi saydığını da açıqlayıb .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti