...

Bakıətrafı ərazilərdə yeni yaşıllıq sahələri salınır

Gündəm Materials 4 May 2018 12:18 (UTC +04:00)
Bakıətrafı ərazilərdə yeni yaşıllıq sahələri salınır.
Bakıətrafı ərazilərdə yeni yaşıllıq sahələri salınır

Bakı. Samir Əli - Trend:

Bakıətrafı açıq ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC ilə birlikdə yaşıllıq sahələri salır.

Trend-in məlumatına görə, nazirliyin Meşələrin İnkişafı Departamentinin direktor Söhrab Abbasov deyib.

O bildirib ki, Zığ şosesi, Bakı-Quba, həmçinin Bakıdan cənub istiqamətində yaşıllıq zolaqları yaradılıb:

"Paytaxtın özünə müdaxilə edə bilmirik, lakin ətraf ərazilərdə Bakının ağciyər rolunu oynayan yaşıllıq salmağa çalışırıq. Meşə yanğınları zamanı hələlik xəbərdaredici vasitələrdən istifadə edə bilmirik. Yaxın gələcəkdə müasir müşahidə kameralarının quraşdırılması nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti