...

Daha 3 avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Gündəm Materials 15 May 2018 11:42 (UTC +04:00)
Binəqədi rayonu, Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.
Daha 3 avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sifarişi əsasında, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Binəqədi rayonu, Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti