...

Beyləqanda yol qəzası, hərbi qulluqçu həlak oldu

Gündəm Materials 22 May 2018 15:12 (UTC +04:00)
Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.
Beyləqanda yol qəzası, hərbi qulluqçu həlak oldu

Bakı. Samir Əli - Trend:

Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qaradağlı kəndi ərazisində baş verib.

42 CA 252 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan hərbçi Murad Muradov dünyasını dəyişib. Avtomobilin sürücüsü və daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həlak olan hərbçi hərbi hissədən məzuniyyət götürüb evlərinə gəlirmiş.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti