...

Yerdəyişmə müsabiqəsindən keçməyən müəllimlərə daha bir şans veriləcək

Gündəm Materials 5 İyun 2018 13:30 (UTC +04:00)
Yerdəyişmə müsabiqəsindən keçməyən müəllimlərə daha bir şans veriləcək.
Yerdəyişmə müsabiqəsindən keçməyən müəllimlərə daha bir şans veriləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər 2018-2019-cü tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, iş yerini dəyişmək istəyən namizədlərin elektron ərizələrində yer dəyişdirmək üçün istədikləri 4 vakant yer seçimi etmək hüququ var.

Vakansiya seçimi edib elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir.

İş yerini dəyişmək hüququ qazanmış namizəd müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün müddət hər bir namizədin şəxsi səhifəsinə yerləşdiriləcək. Həmin müddət ərzində qeydiyyatdan keçməyən namizədin nəticəsi ləğv olunacaq və həmin namizəd əvvəlki iş yerində fəaliyyətini davam etdirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti