...

6 yaşlıların 1-ci sinfə qəbulu hansı məktəblərdə şagird sıxlığına səbəb olacaq?

Gündəm Materials 9 İyul 2018 11:15 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Təhsil haqqında" qanuna əsasən, təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların 1-ci sinfə qəbul oluna bilməsi müəyyən ərazilərdəki məktəblərdə az sayda şagird sıxlığı ilə nəticələnə bilər.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İIdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, bu gün ölkə üzrə məktəblərdə şagird sıxlığa yalnız müəyyən məktəblərdə rast gəlinir. Bu hal xüsusilə Bakı məktəblərində müşahidə edilir:

"Paytaxtın 32 məktəbində şagird sıxlığının olduğunu hər zaman demişik. "Təhsil haqqında" qanunda edilən dəyişikliyə əsasən, təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqlar 1-ci sinfə qəbul oluna bilərlər. Biz həmin uşaqları məktəbə qəbul etməliyik. Təbii ki, bu, müəyyən ərazilərdə az sayda şagird sıxlığı ilə nəticələnə bilər".

M.Vəliyevanın sözlərinə görə, elə məktəblər var ki, orada 1-ci sinfə şagird qəbulu zamanı ərazi prinsipi tətbiq olunmur:

"Amma sıxlıq müşahidə edilən məktəblərdə uşaqlar məktəbə ilk növbədə ərazi prinsipi üzrə qəbul olunacaqlar. Yalnız əlavə yerlər qalacağı təqdirdə, digər uşaqlar 1-ci sinfə qəbul olunacaqlar. Növbəti dərs ilində bu məsələ ciddi diqqət mərkəzində olacaq. Artıq ikinci ildir ki, məktəbəhazırlıq qruplarına 5 yaşlı uşaqların qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Yəqin ki, məktəbəhazırlıq qruplarına qəbul zamanı ərazi prinsipini daha geniş şəkildə tətbiq edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti