...

Gəncədə 39 yaşlı ruhi xəstə itkin düşüb

Gündəm Materials 10 İyul 2018 12:34 (UTC +04:00)
Gəncədə 39 yaşlı kişi itkin düşüb.
Gəncədə 39 yaşlı ruhi xəstə itkin düşüb

Bakı. Samir Əli - Trend:

Gəncədə 39 yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində baş verib.

Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Əliyev Bəxtiyar Telman oğlu iyulun 9-da yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Yaxınlarının verdiyi məlumata görə, B.Əliyev evdən çıxarkən əynində sarı şalvar, tünd göy köynək və qara ayaqqabı olub.

İtkin düşən şəxsin boyu 1, 70 metr, arıq bədən quruluşludur. B.Əliyev ruhi əsəb xəstəsidir.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti