...

BNA: Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir - FOTO

Gündəm Materials 1 Noyabr 2018 14:47 (UTC +04:00)
Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir.
BNA: Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir - FOTO

Bakı. Samir Əli - Trend:

Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hazırda təmsil etdiyi qurum tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib:

"Mətbuat prospektindəki bu parklanma yeri səkinin üstüdür və buradakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti