...

Ən çox qar Sarıbaş kəndinə yağıb – 30 sm

Gündəm Materials 29 Dekabr 2018 11:39 (UTC +04:00)
Azərbaycanda ən çox qar Qax rayonunun Sarıbaş kəndinə yağıb.
Ən çox qar Sarıbaş kəndinə yağıb – 30 sm

Bakı. Trend:

Azərbaycanda ən çox qar Qax rayonunun Sarıbaş kəndinə yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 28-dən 29-na keçən gecə ölkə ərazisində müşahidə olunan yağıntılı və nisbətən soyuq hava şəraiti nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.

Dekabrın 29-u səhər saatlarına olan müşahidələrə görə, bu gün Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14 sm, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10 sm, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9 sm, Şahdağ və Xınalıqda 12 sm, Şəki, Sarıbaşda 28-30 sm qar örtüyü əmələ gəlib. Bu rayolarda hava təmiz və şaxtalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti