...

Bakı Modern Məktəbi bağlanır?

Gündəm Materials 22 Fevral 2019 10:55 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakı Modern Məktəbi VÖEN-nin (vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi) ləğv elunduğunu elan edib.

Trend xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 28 ünvanına bildirə bilərlər.

Bakı Modern Məktəbindən isə Trend-ə bildirilib ki, bu elanın verilməsi məktəbin bağlanılması demək deyil. Sadəcə olaraq, Bakı Modern Məktəbi öz VÖEN-ni ləğv edərək bundan sonra Bakı Modern Təhsil Kompleksinin VÖEN-i əsasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı Modern Məktəbi özəl təhsil müəssisəsidir. ВМТК (Bakı Modern Təhsil Kompleksi) 2012-ci ildən BMM (Bakı Modern Məktəbi) kimi fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti