...

Meliorasiya və Su Təsərrüfatı ASC: Göyçayda kanalda təmir işlərinə başlanıb

Gündəm Materials 7 İyun 2019 12:24 (UTC +04:00)
Göyçay rayonunda torpaq kanalda baş vermiş sızmanın aradan qaldırılması ilə bağlı bərpa ilşlərinə başlanıb.
Meliorasiya və Su Təsərrüfatı ASC: Göyçayda kanalda təmir işlərinə başlanıb

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda torpaq kanalda baş vermiş sızmanın aradan qaldırılması ilə bağlı bərpa ilşlərinə başlanıb.

Bu barədə Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşı Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, hazırda əraziyə texnika və canlı qüvvə cəlb edilib: "Artıq bərpa işlərinə başlanılıb. Ərazidə elə də təhlükəli vəziyyət yaranmayıb. Rayonun Çərəkə və Çərəzə kəndləri arasından axan torpaq su kanalıdır. Kanal əvvəllər beton olsa da, istismar müddətini başa vurduğundan torpaqda gedən proseslərə uyğun olaraq burada sızma baş verib. Su açılması olub, lakin heç bir əraziyə ziyan dəyməyib. Hazırda kanalın suyunu bağlayıblar ki, texnika və canlı qüvvə sızmanın qarşısını ala bilsin. Günün sonuna kimi bərpa işləri başa çatacaq və kanala yenidən su veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti