...

Siyəzəndə avtomobil yolayrıcına çırpıldı - Sürücü öldü, azyaşlı xəstəxanada

Gündəm Materials 4 İyul 2019 20:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Siyəzən rayonunun Zarat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 3-də saat 8 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini olan 9 yaşlı oğlu Toğrul xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti