...

Yasamal polisi reyd keçirdi: 45 avtomobil saxlanıldı - SƏBƏB (FOTO)

Gündəm Materials 19 İyul 2019 20:16 (UTC +04:00)
Yasamal rayon Polis İdarəsnin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.
Yasamal polisi reyd keçirdi: 45 avtomobil saxlanıldı - SƏBƏB (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Yasamal rayon Polis İdarəsnin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

Trend-in əməkdaşının iştirak etdiyi profilaktik tədbirdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda piyadaların müəyyən olunmamış ərazilərdən keçməsi, ödənilməyən cəriməsi olan və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb.

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis baş leytenantı Rauf Fətəliyev bildirib ki, gün ərzində keçirilən tədbir nəticəsində ödənilməmiş cəriməsi olan 45 avtomobil müəyyən edilərək saxlanılıb: "Həmin avtomobillərdən 19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb. Qalan sürücülərə xəbərdarlıq edilib.
Bundan başqa, gün ərzində 16 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 3 sürücüyə inzibati qaydada protokol tərtib edilib, 13 sürücüyə isə maarifləndirici xəbərdarlıq edilib.

Həmçinin, gün ərzində piyadalar üçün müəyyən edilməmiş yerlərdən keçdiyi üçün 45 piyada saxlanılsa da, onlara protokol tərtib edilməyib, yol hərəkəti qadalarına riayət olunması barədə maarifləndirilib. Məqsədimiz heç də sürücü və piyadaları cərimələmək deyil, onları qaydalara əməl etməyə çağırmaqdı. Bilirsiniz ki, Bakı şəhərində baş verən yol qəzalarının 60 faizə yaxını piyadaların vurulması ilə əlaqədardır. Buna görə də bu gün cəmiyyətdə ictimaiyyətin marifləndirilməsinə ehtiyac var. İnanırıq ki apardığımız marifləndirmə tədbirləri bu sahədə müsbət nəticələr verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti