...

Daşkəsəndə "VAZ" piyadanı vurub öldürdü

Gündəm Materials 16 Avqust 2019 20:59 (UTC +04:00)
Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daşkəsəndə "VAZ" piyadanı vurub öldürdü

Bakı. Trend:

Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 15-də saat 19 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Yuxarı Daşkəsən qəsəbə sakini Q.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini A.Hüseynovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti