...

Oğru taksi sürücüsü saxlanılıb (FOTO)

Gündəm Materials 16 Avqust 2019 17:50 (UTC +04:00)
Qusarda oğurluq edən taksi sürücüsü saxlanılıb.
Oğru taksi sürücüsü saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Qusarda oğurluq edən taksi sürücüsü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Adilxan Məmmədov Qusar RPŞ-nə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dollar pulunun oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd olunan cinayəti zərərçəkmişi istirahət mərkəzinə gətirən taksi sürücüsü, 30 yaşlı Fərid Məmmədov törədib.

Həmin sürücü Qusar RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı F.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkənin pullarını oğurluq yolu ilə əldə etdiyini bildirib. Oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Qusar RPŞ-nin TB-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti