...

Metronun yeni stansiyasının açılışı niyə gecikir? - AÇIQLAMA

Gündəm Materials 12 Sentyabr 2019 12:31 (UTC +04:00)
"Bakı Metropoliteni"nin şərti adı “B3” olan stansiyasının tikintisi tamamlanmaq üzrədir.
Metronun yeni stansiyasının açılışı niyə gecikir? - AÇIQLAMA

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni"nin şərti adı “B3” olan stansiyasının tikintisi tamamlanmaq üzrədir.

Trend-in məlumatına görə, bu barədə “Bakı Metropoliteni”nin QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyanın tikintisində son tamamlanma aparıllr:

“Stansiyanın açılacağı tarix tam məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda stansiyanın üst hissəsində, yol hərəkəti zolaqlarında tamamlanma işləri gedir. Əgər başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı gözlənilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti