...

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub

Gündəm Materials 12 Noyabr 2019 16:28 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.
AMEA-nın  İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

Akademiyadan Trend-ə verilən məlumata görə, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.

A.Şükürov bu gün akademiyanın əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.

Qeyd edək ki, AMEA-da bu vəzifəni daha əvvəl Zülfüqar Fərzəliyev icra edirdi. Onun rəhbəri olduğu Mətbuat və informasiya idarəsi ləğv olunub və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti