Bakı. Samir Əli - Trend:
Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.
Trend-in məlumata görə, bununla bağlı əmr imzalanıb.
Digər bir əmrlə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.