...

Torpaq yolun qazılmış hissəsini doldurub rayona gedən 200 sürücü məsuliyyətə cəlb olunub

Gündəm Materials 22 İyun 2020 16:07 (UTC +04:00)
Bakıdan sürücülərin karantin postundan gizli çıxmasının qarşısını almaq məqsədilə qazılan torpaq yolu dolduraraq rayonlara getməyə cəhd edən 200-ə yaxın sürücü məsuliyyətə cəlb olunub.
Torpaq yolun qazılmış hissəsini doldurub rayona gedən 200 sürücü məsuliyyətə cəlb olunub

Bakı. Samir Əli - Trend:

Bakıdan sürücülərin karantin postundan gizli çıxmasının qarşısını almaq məqsədilə qazılan torpaq yolu dolduraraq rayonlara getməyə cəhd edən 200-ə yaxın sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, karantin postlarından gizli keçmək məqsədilə torpaq yolun qazılmış hissəsini doldurub ərazidən çıxmağa cəhd edən şəxslər müəyyən edilib: "Həmin şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər. Artıq bundan sonra həmin torpaq yolların qazılmasına da ehtiyac yoxdur. Çünki həmin yollarda texniki vasitələr işə salınıb və karantin postundan kənar yollarla rayonlara keçmək istəyən şəxslər müəyyən edilərək saxlanılacaq".

Xatırladaq ki, Bakı-Ələt yolunda karantin postu quraşdırılan alternativ yol qazılaraq avtomobillərin gizli yolla keçməsinin qarşısı alınıb. Bəzi sürücülər həmin torpaq yolun qazılmış hissəsini dolduraraq bu yolla rayonlara gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti