Azərbaycan vətəndaşları Belarusa gəldikdən sonra 14 gün özünütəcrid rejimində qalmalı olmayacaqlar

Gündəm Xəbər 5 Avqust 2020 00:28 (UTC +04:00)

Bakı. Trend:

Belarusun Səhiyyə Nazirliyi ölkəyə gəldikdən sonra məcburi özünütəcrid rejiminin tətbiq edildiyi ölkələrin siyahısını yeniləyib.

Trend-in "Belarus Seqodnya"ya istinadən verdiyi məlumata görə, siyahıdan Azərbaycan, Monqolustan, Tanzaniya, Fici və Şri-Lanka çıxarılıb.

Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları Belarusa gəldikdən sonra 14 gün özünütəcrid rejimində qalmalı olmayacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti