...

Gürcüstanda son vəziyyət: Yoluxanların sayı kəskin artır

Gündəm Materials 12 Sentyabr 2020 14:56 (UTC +04:00)
Gürcüstanda son vəziyyət: Yoluxanların sayı kəskin artır

Bakı. İlhamə İsabalayeva- Trend:

Gürcüstanda sentyabrın 1-dən yoluxanların sayında yüksək artım tempi müşahidə edilir.

Trend-in məlumatına görə, gün ərzində Gürcüstanda 158 yeni Covid-19 hadisəsi aşkar edilib. Bu da epidemiyanın başlanğıcından bəri rekord göstəricidir. Qonşu ölkədə kpronavirusa yoluxanların sayı 2017 nəfərə çatıb. Hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər stasionar şəraitdə müalicə olunur. 19 nəfərin vəfat etdiyi bildirilir. Sentyabrın 10-dan etibarən qapalı binalarda bütün sosial tədbirlərin (toy, yas, yubiley mərasimləri) keçirilməsi qadağan edilib.

Koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin ləğvi planına görə, kinoteatrlar sentyabrın 15-dən, teatrlar isə oktyabrın 1-dən açılmalı idi. Kinoteatr və teatrların açılışı 1 noyabr tarixinə qədər təxirə salınıb. Uşaq əyləncə mərkəzlərinin açılışı da noyabrın 1-nə keçirilib.

Gürcüstanın altı böyük şəhərində - Tiflis, Kutaisi, Rustavi, Qori, Zuqdidi və Poti - tədris ilinin başlanması iki həftə sonraya, 1 oktyabr tarixinə qədər təxirə salındı. Sentyabrın 15-dən oktyabrın 1-dək məktəblilər və tələbələr distant şəkildə təhsil alacaqlarm və məktəblərdə təntənəli tədbirlər qadağan edilib.

Xəbər lenti

Xəbər lenti