...

Gəncədə koronavirusa qarşı dezinfeksiya işləri aparılır (FOTO)

Gündəm Materials 1 Noyabr 2020 13:55 (UTC +04:00)
Gəncədə koronavirusa qarşı dezinfeksiya işləri aparılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəncədə koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, səhər saatlarından başlayaraq şəhərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərini əhatə edib. Yeraltı piyada keçidləri, dayanacaqlar, çoxmənzilli yaşayış binaları, park və xiyabanlar növbəti dezinfeksiya olunublar.

Qeyd edək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq olunub.

Tibbi-profilaktiki tədbirlərlə yanaşı, Gəncədə abadlıq işləri də həyata keçirilir. Gəncə şəhər MKTİB-nin işçiləri şəhərin müxətlif ərazilərində genişmiqyaslı təmizlikişləri aparıb, yaşıllıqlara qulluq göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti