...

Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)

Gündəm Materials 24 Noyabr 2020 15:44 (UTC +04:00)
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)

Bakı. Trend:

Sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət edilməsi məqsədilə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən ərzaq satışı ilə məşğul olan mağazalarda, apteklərdə, ATM-lərin qarşısında, eləcə də açıq ictimai məkanlarda reydlər keçirilir. Karantin rejiminin tələbləri vətəndaşların diqqətinə çatdırılır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu qaydalara riayət etmələrinin vacibliyi vurğulanır.

Karantin rejimi qaydalarını pozan, tibbi maskadan istifadə etməyən və yaxud tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda qanunvericiliyə uyğun olaraq, onlar inzibati məsuliyyətə cəlb olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti