...

Yerevanda etriazçılar hökumət evinə gedən yolu bağlayıblar

Gündəm Materials 24 Dekabr 2020 15:33 (UTC +04:00)
Yerevanda etriazçılar hökumət evinə gedən yolu bağlayıblar

Bakı. Trend:

Yerevandakı Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları dekabrın 24-də hökumət evinə gedən yolu bağlayıblar.

Trend xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin bölmələri paytaxt Yerevanda hökumət evinə gedən yolda canlı sədd qurublar.

Meydandan hökumət evinə ən qısa yol Melik Adamyan küçəsindən keçir və nazirliyin bölmələri bu yolu müxalifət üçün bağlayıb.

Müxalifət qüvvələri Nazirlər Kabinetinin işini dayandırmağa, baş nazir Nikol Paşinyanı təcili istefa verməyə çağırıblar.

N.Paşinyan isə hələlik istefa vermək fikrində olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti