...

Rusiya minatəmizləyənləri Gəncədədir, hazırda yüklərin boşaldılması yekunlaşıb - Rusiya FHN nümayəndəsi (FOTO)

Gündəm Materials 4 Yanvar 2021 14:38 (UTC +04:00)
Rusiya minatəmizləyənləri Gəncədədir, hazırda yüklərin boşaldılması yekunlaşıb - Rusiya FHN nümayəndəsi (FOTO)

Bakı. Trend:

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 minatəmizləyən işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gəlib.

Bunu Trend-ə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Nümayəndəsi Yevgeni Borisov deyib.

Onun sözlərinə görə, Rusiya FHN-in 20 minatəmizləyəni daşıyan İl-76 təyyarəsi Gəncəyə eniş edib, hazırda yüklərin boşaldılması yekunlaşıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 pirotexniki humanitar missiya çərçivəsində Ağdam rayonunda minaların təmizləmə işini həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti