...

İsraildəki azərbaycanlı icması Polşanın ictimai televiziyasına sərt etirazını bildirib

Gündəm Materials 30 Yanvar 2021 14:30 (UTC +04:00)
İsraildəki azərbaycanlı icması Polşanın ictimai televiziyasına sərt etirazını bildirib

Bakı. Trend:

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkəmizin 44 günlük Vətən müharibəsi barədə ermənipərəst mövqeyi əks etdirən sənədli filmin nümayişi ilə bağlı Polşanın "Telewizja Polska" (TVP) ictimai televiziyasının rəhbərliyinə kəskin etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, assosiasiyanın sədri Lev Spivak qeyd edib ki, yanvarın 24-də televiziyanın efirində hərbi jurnalist Vitold Repetoviçin "Şiddətin dərinliyi - 44 gün - müharibənin dəhşəti" ("Głębia" ostrości - 44 dni - koszmar wojny") adlı sənədli filmi yayımlanıb. Azərbaycana məxsus olan və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində aparılmış 44 günlük müharibədən bəhs edən film birtərəfli şəkildə, yalnız Ermənistanın maraqları və rəsmi İrəvanın mövqeyi baxımından çəkilib və təqdim edilib.

Müraciətdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın işğalçı və təcavüzkar siyasəti, dünya birliyinin Azərbaycan torpaqlarının işğalına və erməni terroruna göz yumduğu barədə ətraflı məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bütün regionun inkişafına mane olan bu münaqişənin sülh yolu ilə həllini təklif etdiyi, lakin region barədə obyektiv fikrə malik olmayan erməni lobbisinin güclü təzyiqi altında olan rəsmi İrəvanın işğalçı siyasəti davam etdirdiyi və Bakının təklif etdiyi formatda danışıqları aparmaqdan tamamilə imtina etdiyi nəzərə çatdırılıb.
Müraciət müəllifi televiziya rəhbərliyini və kollektivini hadisələri obyektiv işıqlandırmağa, bu olaydan düzgün nəticələr çıxarmağa və vəziyyətə aydınlıq gətirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti