...

"Azərbaycana xoş gəlmisiniz" lövhəsi erməniləri təşvişə salıb (FOTO)

Gündəm Materials 2 Fevral 2021 17:28 (UTC +04:00)
"Azərbaycana xoş gəlmisiniz" lövhəsi erməniləri təşvişə salıb (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın Qafan şəhəri ilə Azərbaycanla sərhəddə yerləşən kəndləri birləşdirən yol kənarında quraşdırılan "Azərbaycana xoş gəlmisiniz" lövhəsi ermənilər arasında qorxu və təşviş yaradıb.

Trend-in məlumatına görə, lövhənin şəklini Ermənistanın ombudsmanı Arman Tatoyan öz "Facebook" səhifəsində paylaşıb.

O bildirib ki, son zamanlar yerli sakinlərdən bununla bağlı çoxlu sayda zənglər daxil olub. Onlar hər gün Azərbaycanın dövlət rəmzlərini görməyə məcbur olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti