...

Azərbaycan elminə ağır itki üz verib

Gündəm Materials 21 Fevral 2021 15:47 (UTC +04:00)
Azərbaycan elminə ağır itki üz verib

Bakı. Trend:

Şərqşünaslıq elmləri doktoru, professor Vilayət Cəfərov vəfat edib.

Trend-in məlumatına görə, Vilayət Cəfərov AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində pedoqoji fəaliyyətlə məşğul olmuşdur.

Professor Vilayət Cəfərov AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “dünya ədəbiyyatı” üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri olub.

Xəbər lenti

Xəbər lenti