...

Gəncədə qaçırılan qız ailəsinə qaytarıldı

Gündəm Materials 11 Mart 2021 10:00 (UTC +04:00)
Gəncədə qaçırılan qız ailəsinə qaytarıldı

Bakı. Samir Əli - Trend:

Gəncədə qaçırılan qız ailəsinə təhvil verilib.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti