...

“ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb (FOTO/VİDEO) (ƏLAVƏ EDİLİB)

Gündəm Materials 12 Mart 2021 11:18 (UTC +04:00)
“ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb (FOTO/VİDEO) (ƏLAVƏ EDİLİB)

Bakı. Samir Əli - Trend:

Fəaliyyətini dövlət – dövlət, dövlət - vətəndaş və dövlət – özəl istiqamətli elektron xidmətlərə fokuslanaraq davam etdirən Elektron Hökumətin İnkişafı Mərkəzi elektron xidmətlərin göstərilməsi və inkişafı üçün vətəndaşlara xidmət edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşlar arasında daim müxtəlif sorğular keçirirərək onların ehtiyaclarını müəyyən edən və araşdırmalar edərək beynəlxalq təcrübədə texnoloji innovasiyanı yaxından izləyən EHİM bu dəfə “ASAN Login” sistemi üzrə yeni imkanı vətəndaşların istifadəsinə təqdim edib. Belə ki, “ASAN Login” Vahid Giriş Sistemində səs və üztanıma kimi innovativ həllərə əsaslanan videoqeydiyyat imkanı yaradılıb.

Videoqeydiyyat “ASAN Login” sisteminin vətəndaşlar üçün əlçatanlığını və elektron xidmətlərdən istifadəni daha da genişləndirmək məqsədilə yaradılıb. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə 52 sistemə girişi təmin edən “ASAN Login” bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. Bir dəfə “ASAN Login”də qeydiyyatdan keçən vətəndaş bura inteqrasiya edilmiş bütün qurum və sistemlərə giriş edə və göstərilən xidmətlərə rahat şəkildə müraciət edə bilər. Sistem vətəndaşlara zamana qənaət etmək və məlumatları vahid məkandan idarə etmək imkanlarını yaradır.

Məhz bu üstünlükləri sayəsində 2020-ci ildə “ASAN Login”də istifadəçi sayı 2019-cu illə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib.

Qeyd edək ki, “ASAN Login”də 4 cür giriş sistemi mövcuddur:

İdentifikasiya nömrəsi ilə,
- “Asan İmza” ilə,
- elektron imza ilə
BSXM-in (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə.

“ASAN Login”də gücləndirilmiş elektron imzası – yəni “Asan imza” və ya elektron imzası olmayan vətəndaşlar identifikasiya nömrəsi ilə qeydiyyatdan keçirlər. Bu zaman vətəndaşın mobil nömrəsinin onun öz adına olması mütləqdir. Mobil nömrəsi öz adına olmayan vətəndaşlarda isə qeydiyyat keçməkdə müəyyən çətinliklər yaranırdı. Hazırda isə identifikasiya nömrəsi ilə qeydiyyat bölməsində yeni yaradılmış videoqeydiyyatın köməyi ilə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə biləcəklər. Beləliklə videoqeydiyyat öz adına mobil nömrə olmayan vətəndaşlar üçün də bir çox elektron xidmətlərə müraciət etmək imkanı yaradır.

“ASAN Login”də artıq qeydiyyatdan keçmiş vətəndaşların isə videoqeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Videoqeydiyyatla “ASAN Login”də qeydiyyatdan keçmək vətəndaşlar təlimat videosu ilə tanış ola bilərlər: https://youtu.be/UCBVu2hyzv8

FİN kod və mobil nömrə ilə qeydiyyatla bağlı təlimat videosu: https://youtu.be/aqcALD1jT7k

Bundan əlavə şifrəni unudan və şifrəni bərpa etmək üçün aktiv mobil nömrəsi əlçatan olmayan vətəndaşlar videoyazı vasitəsilə sistemə digər aktiv mobil nömrəni əlavə edərək unudulmuş şifrəni bərpa edə bilərlər. Təlimat videosu: https://youtu.be/25RQRegUeFQ

“ASAN Login” sistemi ilə bağlı yaranan suallara asanlogin.my.gov.az saytında “Tez-tez verilən suallar” bölməsində baxmaqla və ya 108 “Çağrı” Mərkəzindən məlumat almaqla cavab tapmaq olar. Həmçinin ilkin pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “E-Gov pəncərəsi”nə aidiyyatı mövzu ilə bağlı müraciət etmək mümkündür.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” (EHİM) publik hüquqi şəxsi həm də fəaliyyətinin 3 ilini qeyd edir. Daim innovativ texnologiyaları tətbiq edən Mərkəz dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi üzrə koordinasiyanı həyata keçirir, vətəndaşlara e-xidmətlərin göstərilməsi təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti