...

Kommunal xidmətlərə ayda 400 manat xərcləyən ailənin aztəminatlılığı şübhə doğurur - Fond sədri

Gündəm Materials 12 Mart 2021 12:20 (UTC +04:00)
Kommunal xidmətlərə ayda 400 manat xərcləyən ailənin aztəminatlılığı şübhə doğurur - Fond sədri

Bakı. İlhamə İsabalayeva – Trend:

Ünvanlı dövlət sosial yardım almaq üçün müraciətlər edilən zaman kommunal xərclər ailənin xərclərinin hesablanmasında mühüm rol oynayır.

Trend-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, bəzən kiçik ailə olmasına baxmayaraq, ünvanlı sosial yardım almaq üçün müraciət edərkən kommunal xərcləri 300-400 manat həcmində göstərir. Sözsüz ki, kommunal xidmətlərə ayda 400 manat xərcləyən ailənin aztəminatlılıq məsələsi şübhə doğurur. Bu halda şəxs ya gəlirlərini gizlədir, ya da aztəminatlılıq meyarından kənarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti