...

Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)

Gündəm Materials 15 May 2021 11:00 (UTC +04:00)
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)

Bakı. Trend:

Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi,eləcə də sürücülərin maarifləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Keçirilən növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər polislər tərəfindən aşkarlanaraq onlarla izahedici söhbətlər aparılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, analoji qayda pozuntusuna yol vermiş bir neçə sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti