...

Dəri xərçənginin qarşısını almaq mümkündür!

Gündəm Materials 20 May 2021 09:24 (UTC +04:00)
Dəri xərçənginin qarşısını almaq mümkündür!

Bakı. Trend:

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   
  
Aksiyada iştirak etmək istəyənlər üçün PULSUZ müayinə təşkil olunacaqdır.
Qeyd edək ki, müayinələr ölkənin 25 mütəxəssis-dermatoloqu tərəfindən həyata keçiriləcəkdir.   
  
“Dəri xərçənginin diaqnostikası günləri” aksiyasının keçirilməsi üçün böyük təşəbbüs göstərən və müayinələrin keçirilməsini təmin edəcək Bakı Pataloji mərkəzinə, Zəfəran Hospitala, Bakı Dərmiryolu Xəstəxanasına, Sağlam Ailə Tibb mərkəzinə, İstanbul NS klinikasına, Bakı Estetik Mərkəzinə və Çöhrə Estetik mərkəzinə xüsusi təşəkkür edirik.  
  
Onu da qeyd edək ki, hər il dünya üzrə milyonlarla insanda dəri xərçəngi diaqnozu qeydə alınır. Xəstəliyin gec aşkar olunması isə daha ağır fəsadlara səbəb olur. Ancaq onu da qeyd etmək lazımdır ki, dəri xərçənginin erkən aşkar olunması zamanı, 90% hallarda müalicəsi mümkündür.  
  
Sevdiklərinizin qayğısına qalın.  
Müayinədən keçin.  
  
Ətraflı məlumat və müayinəyə yazılmaq üçün:  
*7700 ( ardından 4 rəqəmini seçin).  

Məqalədə:
Xəbər lenti

Xəbər lenti