Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbirlər keçirilib (FOTO/VİDEO)

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbirlər keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Vətən müharibəsinin igid kəşfiyyatçılarından olan şəhid polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin ad günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə qurumun bir qrup hərbi qulluqçusu və şəhidin ailə üzvləri, döyüşçü yoldaşları Şəhidlər xiyabanına gedib, unudulmaz döyüşçünün məzarını ziyarət edib, önünə əklil və qızılgüllər düzərək xatirəsini ehtiramla yad edib, din xadimi şəhidlərin ruhuna dualar oxuyub, xatirələrinin bundan sonra da əziz tutulacağı bildirilib.

Tədbir başlamazdan öncə Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxışı zamanı şəhidlər və şəhid ailələri haqqında dediyi ibrətamiz kəlamlar səsləndirilib:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı.

Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən, günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq.

Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq...”.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamladıqdan sonra şəhid kəşfiyyatçının qısa, lakin mənalı ömür və şərəfli xidmət yolu barədə ətraflı məlumat verərək bildirib ki, zabit R.Tağıyev 12 iyun 1982-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 1999-cu ildə E.Məmmədov adına 3 saylı orta məktəbi, 2003-cü ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının 2014-cü il məzunudur. Hərb elmi işi üzrə dissertasiyasını uğurla davam etdirirdi.

Gənc zabit motoatıcı taborun kəşfiyyat taqımının komandirliyindən Kəşfiyyat Baş İdarəsinin baş zabiti vəzifəsinədək yüksəlib.

Vətən müharibəsində polkovnik-leytenant Ruslan Tağıyev cəbhəyə ezam olunmuş və həmin hərbi hissənin kəşfiyyat rəisi kimi çətin, məsuliyyətli və şərəfli bir vəzifənin öhdəsindən layiqincə gələrək qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində səylərini əsirgəməmişdir.

Tədbirdə qeyd edilib ki, kəşfiyyat rəisi R.Tağıyev Şuşa şəhərinin azad edilməsinə - Zəfər gününə dörd gün qalmış Laçın rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur.
Ondan iki oğul və bir qız olmaqla üç övladı yadigar qalıb.

Sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə 1-ci, 2-ci, 3-cü dərəcəli, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi “Şəhidlik əbədiyyət zirvəsidir” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına qürurlu anlar yaşadıb.

General-mayor Hilal Nəcəfov şəhid zabitin yüksək mənəvi və iradi keyfiyyətlərindən, peşəkarlığından, seçdiyi çətin və şərəfli yolda qarşısına qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsindən, şəxsi şücaət və igidlik nümunələri göstərməsindən iftixar hissi ilə danışıb, şəhidin valideynlərinə belə məğrur övlad tərbiyə etdiklərinə görə minnətdarlıq edib, övladlarını atalarının ad günündə hədiyyələndirib, onların atalarına layiq övladlar kimi böyüyəcəklərinə əminliyini bildirib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, hazırda İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov çıxış edərək tədbir iştirakçılarını İsmayıllı rayonunun ictimaiyyəti adından salamlayıb, bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Şəhidin anası Lətifə xanım və atası Fuad müəllim Vətən uğrunda şəhid olanların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin ikinci hissəsi bir neçə gün öncə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ilk tədqimatı keçirilmiş Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinə həsr edilən “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın Bakı və ətraf rayonlarda yaşayan şəhid ailələrinə təqdim olunması mərasimi ilə davam etdirilib.

Müəllif, tərtibçi-redaktor polkovnik Abdulla Qurbani bu kitabda haqqında yazılan hər bir şəhidi yaxından tanıdığını, onlarla təhsil aldıqları xüsusi təyinatlı təhsil müəssisələrində, xidmət etdikləri hərbi hissələrdə, o cümlədən Vətən müharibəsinin odlu-alovlu döyüş meydanlarında dəfələrlə görüşdüyünü, onların göstərdikləri qəhrəmanlıqların şahidi olduğunu vurğulayaraq hər bir şəhidin xatirələrdə əbədi yaşayacağını, mübarək şəhadətləri ilə ən yüksək zirvəyə ucalan şəhidlərimizin məzarlarının xalqımızın ziyarət ünvanına, and yerinə çevrildiyini diqqətə çatdırıb.

Şəhid ailələrinin nümayəndələri dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətlərinin yüksək qiymətləndirildiyini, xatirələrinin əbədiləşdirildiyini, xatirə kompleksləri, bulaqlar, park və xiyabanlar, guşələr yaradıldığını, yazıçı və şairlərimizin, jurnalistlərin onlar haqqında qiymətli əsərlər, məqalələr yazdığını, filmlər çəkildiyini, televiziya və radio verilişləri hazırlandığını yüksək qiymətləndirib və bunun da onlar üçün böyük təsəlli olduğunu qeyd ediblər.
Respublikamızda Şəhidləri Anma Günü və Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları tədbir iştirakçıları tərəfindən də böyük minnətdarlıq hissi ilə qarşılanıb.

Bir neçə ildir ki, “Azərbaycan əsgərinə mənəvi dəstək” aksiyasına qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları: Birinci Qarabağ müharibəsi veteranı prorektor, hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov və dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru Təranə Kərimova çıxış edərək bu kimi nəşrlərin nəinki müasir gəncliyimiz, eləcə də gələcək nəsillər üçün ən gözəl töhfə olduğunu qeyd ediblər.

Hər bir şəhid ailəsinə nəfis tərtibatla nəşr olunan kitabın nüsxələri təqdim edilib.

Tədbir Vətən şəhidlərini və müzəffər Azərbaycan Ordusunu tərənnüm edən vətənpərvəlik mahnı və şeirləri ilə başa çatıb.

Sonda xatirə şəkli çəkilib, şəhid ailələri tədbirdən xoş təəssüratlarla ayrılıb.

Kubada xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb
Kubada xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb
Xorvatiyaya turist axını 40 faiz artıb
Xorvatiyaya turist axını 40 faiz artıb
Bu ilin birinci rübündə dünya aviaşirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib
Bu ilin birinci rübündə dünya aviaşirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib
Loading Bars
Xəbər lenti
Qazaxda 1 nəfər göldə batıb
Hindistanda leysan yağışları 129 nəfərin ölümünə səbəb oldu
Bakıda birmərtəbəli ev yanıb
Dövlət sərhədində atışma davam edir - MN
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq idarə rəisi həbs edilib
Britaniyada koronavirusdan ölənlərin sayı 129 mini ötüb
Telejurnalist Günel Gözəlova klinikanın cərrahını məhkəməyə verdi
"Bahar" yatağından qaz hasilatı və tədarükün həcmi açıqlanıb
ABŞ kosmosun tədqiq olunmasında öz həmfikirləri ilə əməkdaşlıq etmək istəyir - General Con Reymond
Yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb
Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb (FOTO)
"Qum Dəniz" yatağından neft hasilatı və satışının həcmi açıqlanıb
İşğaldan azad olunan əraziləri görəndə çox təsirləndik - Fransalı deputat (FOTO)
Yelo Bank böyüyür, artıq Mərdəkanda (FOTO)
Azərbaycanda mobil operatorların gəlirləri məlum olub
Sabirabadda körpələr evində qətl törədən polis həbs edildi
Bir sıra ölkələrlə əməkdaşlıq üzrə Birgə Komissiyaların yeni tərkibi təsdiqlənib
Azərbaycan ərzaq təhlükəsizliyini strateji prioritet kimi nəzərdən keçirir - FAO
Milli Mətbuat Günündə bir ilk: KİV nümayəndələri üçün unudulmaz “MEDIA PARTY by Gazelli Group” təşkil edilib (FOTO)
"Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlim keçirilib (FOTO)
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” üzrə Komissiyanın yeni tərkibi təsdiqlənib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Bir sıra hərbi qulluqçular ali zabit heyəti vəzifələrinə təyin edildi - SƏRƏNCAM
Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb (VİDEO)
Türkiyə hərbçiləri Aralıq dənizində 40-a yaxın miqrantı xilas edib
Ermənistanın Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir - XİN
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə başlanılıb (FOTO)
"TikTok”da narkotik vasitələri təbliğ edən daha bir nəfər saxlanılıb (VİDEO)
Qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb (FOTO)
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi
Bilgəhdə bir nəfər dənizdə batıb
Salyanda "patı" əməliyyatı - Saxlanılan var
SOCAR Gürcüstanda bir qəsəbəni qazlaşdırıb
Ötən illərdən bağlı qalmış 207 cinayət açılıb
Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatı köçürülüb (FOTO)
RDM Azərbaycanı tərk etmədən, tanınmış İsrail həkimlərinin qəbuluna yazılmaq imkanını təqdim edir
Ermənilər Kəlbəcəri atəşə tutub, bir hərbi qulluqçumuz şəhid olub
Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir
Ağdaşda qaydaları pozan şadlıq sarayı aşkarlanıb
AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib
Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu
Ağcabədidə karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb
Monqolustandan heyvan məhsullarının idxalı məhdudlaşdırılıb
MİDA-nın Hövsan Yaşayış Kompleksində mənzil seçimi başa çatıb
Vüqar Səfərlinin məhkəməsi təxirə salındı
I və IV qrup üzrə imtahanlarda iştirak edəcək abituriyentlərin sayı məlum olub
Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib
I və IV qruplara qəbul imtahanlarının vaxtı açıqlandı
Birinci yarımili ərzində 44 milyon manatlıq əmlak üzərinə həbs qoyulub - Baş Prokurorluq
Azərbaycan komandası Tokioda Yay Olimpiya oyunlarının açılışında paraddan keçib
Şəkidə “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)
Oğuzda şadlıq sarayları və istirahət mərkəzlərinin sahibləri cərimələnib (FOTO)
bp ictimaiyyətlə açıq virtual görüş keçirir
PAŞA Sığorta nümunəvi sürücülər üçün “KASKO Bonus” kampaniyasını təqdim edir!
Azərbaycanın Avstriyada yeni səfiri təyin edildi
Bu dövlət qurumunda işləmək istəyənlərin nəzərinə: İmtahan tarixi açıqlandı
Qalib İsrafilov səfir və digər vəzifələrindən geri çağırıldı
Energetika naziri Türkiyənin ölkəmizdəki yeni səfirini qəbul edib
Korrupsiya hüquqpozmasına 155 cinayət işinin istintaqı tamamlanıb
Bu il Azərbaycanda dörd məşhur şəxsin heykəli qoyulacaq
Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi
Azərbaycanın Malayziyada yeni səfiri təyin edilib
Tahir Tağızadə Azərbaycanın Macarıstandakı səfiri təyin olunub
Vilayət Quliyev Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Tokioda Yay Olimpiya oyunlarının açılış mərasimi başlayıb
İranda ötən sutka 210 nəfər koronavirusdan ölüb
Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib (FOTO)
İrandan idxal edilən halva məhsulu yararsız çıxıb
Numan Kurtulmuş Bakıya səfəri çərçivəsində bir sıra rəsmilərlə görüşəcək
Ölkə üzrə 8197 cinayət işinin istintaqı tamamlanıb (FOTO)
İki vur iki – Rəqəmsal məhsullar sadə dildə (VİDEO)
Prezident İlham Əliyev Naftalanda avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayırdı
Goranboyda yol tikintisinə üç milyon manat ayrılıb - SƏRƏNCAM
Paytaxtda narkotik vasitələrin satışı ilə məşğul olan 9 nəfər saxlanılıb (FOTO/VİDEO)
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
Daşkəsəndə yeni ümumtəhsil məktəbi binası tikiləcək - SƏRƏNCAM
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinə üç milyon manat ayrıldı
ETSN ictimai-iaşə obyektləri sahiblərinə müraciət edib
Azərbaycanda nağd pul kütləsinin həcmi açıqlanıb
TAP konsorsiumu qaz kəmərinin buraxılış gücünün artırılması üzrə sınaqlara yekun vurub
Rusiyada sarı hörümçək 15 nəfərə xəsarət yetirib, 1 nəfər xəstəxanalıq olub
Saatlı sakinindən odlu silah götürülüb
Yeni əlillik təyinatı ilə bağlı qanunda dəyişiklik edilib
Onlayn təlimi uğurla bitirməklə “PAŞA Bank”da “PL/SQL” proqramçı olaraq çalışmaq şansını əldə edin!
Köçürülmə üçün 932 tələbə müraciət edib
Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub (FOTO)
UNEC rektoru: Yeni dərs ili və gözləntilər
Bu ilin 6 ayında 71 mindən çox e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb
“PASHA Bank Cup III” yarışmasının III mərhələsinin nəticələri məlum olub
“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb
13 nəfərlik erməni silahlı dəstənin üzvlərinə hökm oxundu (ƏLAVƏ OLUNUB)
Azad edilmiş ərazilərdə dəmiryol xətlərinin çəkilməsi sürətlə davam edir - Cavid Qurbanov
Ağdam rayonunun Göytəpə kəndi (VİDEO)
Şuşaya dəmir yol xətti çəkiləcək - Cavid Qurbanov
Biznes mühiti Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın vacib hissəsidir - Nazir müavini
Şimal və qərb rayonlarında intensiv yağış yağacaq, dolu düşəcək
Narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Bütün xəbərlər