...

Məhkəmə ekspertiza işlərinin sayı 16%-dən çox artıb

Gündəm Materials 5 Avqust 2021 12:44 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertiza işlərinin sayı 16%-dən çox artaraq 21 mini ötüb, onlardan 17.500-dən çoxunun icraatı tamamlanıb.

Trend-in məlumatına görə, bunu Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş müşavirədə mərkəzin rəis müavini vəzifəsini icra edən Rahim Rəhimov deyib.

O mərkəzin 4 regional bölməsi tərəfindən aparılan ekspertizaların həcminin 30% artdığını vurğulayıb.

R.Rəhimov bildirib ki, ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12%-dən çox artıb.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti