...

Ağsuda 34 min 400 nəfər koronavirusa qarşı peyvəndlənib

Gündəm Materials 14 Sentyabr 2021 15:13 (UTC +04:00)
Ağsuda 34 min 400 nəfər koronavirusa qarşı peyvəndlənib

Bakı. Samir Əli - Trend:

Bu günə qədər Ağsu rayonu üzrə 34 min 400 nəfər koronavirus infeksiyasına qarşı vaksinasiya olunub.

Bunu Trend-ə açıqlamasında Ağsu rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Əli Hüseynov deyib.

Direktor bildirib ki, onlardan 25 min 100 nəfər hər iki doza, 9 min 300 nəfər isə birinci doza vaksin olunublar.

Direktor bildirib ki, bu günə qədər vaksin olunanlardan heç kimdə əks təsir qeydə alınmayıb: "Vaksin olunan şəxslər müəyyən müddətdə nəzarətdə saxlanılır, onların səhhəti ilə bağlı mütəmadi maraqlanılır. Bu günə qədər vaksin olunan şəxslərin heç biri özünü pis hiss etməyib, əks təsir olmayıb".

Ə.Hüseynov qeyd edib ki, hazırda rayon üzrə 31 aktiv koronavirus xəstəsi var ki, həmin şəxslər xüsusi nəzarətdə saxlanılır: "Vaksin olunan vətəndaşlardan cəmi 5 nəfərdə koronavirus infeksiyası aşkarlansa da, onlarda bu xəstəlik yüngül simptomlarla keçib. Peyvənd olunanlar arasında cəmi 1 nəfər dünyasını dəyişib ki, həmin şəxsin əlavə ağır xəstəliyi olduğundan onun həyatını xilas etmək mümkün olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti