...

Azərbaycanda zəli ehtiyatı azalıb

Gündəm Materials 17 Sentyabr 2021 14:31 (UTC +04:00)
Azərbaycanda zəli ehtiyatı azalıb

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanın daxili su hövzələrində, xüsusən də Xəzər dənizində zəli ehtiyatı azalıb.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Könül Tapdıqova deyib.

O bildirib ki, Azərbaycanda yeni zəli növünün yaradılması ilə bağlı bəzi informasiya vasitələrində verilmiş məlumatlar həqiqətə uyğun deyil. Yeni növün yaranması asan məsələ deyil, bunun üçün müəyyən təkamül dövrü lazımdır:

"Biz sadəcə zəli üzərində araşdırma aparır, laborator şəraitdə onu yetişdiririk. Azərbaycanın daxili su hövzələrində, xüsusən də Xəzər dənizində zəli ehtiyatı azalıb. Biz bunu artırıb təbiətə buraxmaq, sayı artırmağa çalışırıq. Hazırda bizim növ yaratmaq imkanımız yoxdur. İstəsək də, bunu edə bilmərik".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti