...

Mingəçevirə içməli su məhdudiyyətlə veriləcək

Gündəm Materials 21 Sentyabr 2021 15:10 (UTC +04:00)

Bakı. Trend:

Təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

“Azərsu” ASC-dən Trend-ə bildirilib ki, bununla əlaqədar 22 sentyabr 2021-ci il tarixində Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti