...

DOST Agentliyi “Paralimpiya Oyunlarının mükafatçılarına SMM dəstək” layihəsinə başlayır (FOTO)

Gündəm Materials 23 Sentyabr 2021 11:59 (UTC +04:00)
DOST Agentliyi “Paralimpiya Oyunlarının mükafatçılarına SMM dəstək” layihəsinə başlayır (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

DOST Agentliyinin dəstəyi ilə “Paralimpiya Oyunlarının mükafatçılarına SMM dəstək” layihəsi start götürür.

Agentlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Paralimpiya Oyunlarında mükafat qazanmış idmançıların sosial şəbəkələrdə rəsmi hesabları yaradılacaq və həmin hesablar idarə ediləcək.

Layihə çərçivəsində keçirilən tədbirdən öncə Paralimpiya Komitəsinin nümayəndələri və idmançılar 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar. Sonra DOST Agentliyi və Paralimpiya Komitəsinin nümayəndələri, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında nailiyyət əldə etmiş idmançı, eləcə də SMM komandasında fəaliyyət göstərəcək Könüllü DOST çıxış edib.

Daha sonra Agentliyin İdarə Heyəti sədrinin müşaviri Ruslan Mirzəliyev layihə barədə təqdimat keçirib.

Layihənin məqsədi paralimpiyaçılarımızın uğurlarının, həyat tərzinin, məşq prosesinin işıqlandırılmasıdır. Bu yolla sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin idmana marağının artırılması, idmançıların müsbət imicinin formalaşdırılması və gənclərin motivasiya verilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində əvvəlcə SMM dəstək komandası formalaşdırılacaq. Sosial şəbəkə alqoritmləri, PR sahəsində yaradıcı alətlər, sosial mediada doğru məzmunun yaradılması və idarə edilməsi və s. istiqamətlər üzrə təlimlər keçiləcək. Layihənin son mərhələsində media plan hazırlanıb SMM dəstək həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti