...

Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabildir - "Yeni Klinika"

Gündəm Materials 24 Sentyabr 2021 13:37 (UTC +04:00)
Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabildir - "Yeni Klinika"

Bakı. Samir Əli - Trend:

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.

"Yeni Klinika"dan Trend-ə verilən məlumata görə, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabildir. Vəziyyətində dəyişiklik yoxdur.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti