...

Hadrutda bir azərbaycanlı hərbçinin nəşi aşkarlanıb

Gündəm Materials 13 Oktyabr 2021 18:58 (UTC +04:00)
Hadrutda bir azərbaycanlı hərbçinin nəşi aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Ötən gün işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Vətən müharibəsində itkin düşmüş bir azərbaycanlı hərbi qulluqçunun nəşi aşkarlanıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan tərəfinin nümayəndələrinin iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində azərbaycanlı hərbi qulluqçunun meyiti ilə yanaşı, 2 erməni hərbçisinin də cəsədi aşkarlanıb. Erməni hərbçilərin cəsədi qarşı tərəfə təhvil verilib.

Xatırladaq ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi itkin düşmüş hesab olunurdu. Hazırda itkin qalan 6 hərbi qulluqçumuzun axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti