...

Xudafərin körpüsünün azad edilməsi tarixi əhəmiyyət daşıyır - Hərbi ekspert

Gündəm Materials 18 Oktyabr 2021 17:55 (UTC +04:00)
Xudafərin körpüsünün azad edilməsi tarixi əhəmiyyət daşıyır - Hərbi ekspert

Bakı. Trend:

Azərbaycan Ordusu keçən il sentyabrın 27-dən erməni silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatını, Vətən müharibəsini uğurla həyata keçirdi. Oktyabarın 18-i Cəbrayıl rayonunun Xudafərin körpüsü və ətraf məntəqələri düşmən işğalından azad edildi. Azərbaycanın üçrəngli bayrağı 27 ildən sonra körpünün üzərində ucaldıldı.

Bununla bağlı Trend-ə danışan hərbi ekspert Azər Bayramov bildirdi ki, Xudafərin körpüsünün azad edilməsinin Azərbaycan üçün tarixi əhəmiyyəti böyükdür.

Hərbi ekspert qeyd etdi ki, Xudafərin körpüsü siyasi və iqtisadi cəhətdən mühüm önəm daşıyır: "Eyni zamanda, bu, Azərbaycanın İranla olan sərhədlərinin bir çox hissəsinin bərpa olunması demək idi. Azərbaycan Ordusunun dəqiq silahlarla hədəfləri məhv edərkən İranla dövlət sərhdində tikintilən strateji obyektlərə - su anbarlarına ziyan vurmaması onun peşəkarlığından xəbər verirdi.

İşğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin də Xudafərin körpüsünə səfər etməsi həmin ərazinin Azərbaycan üçün necə tarixi əhəmiyyətli yer olduğunu göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti