...

"Şəms" şadlıq sarayının rəhbərliyi cəzalandırıldı

Gündəm Materials 10 Noyabr 2021 15:10 (UTC +04:00)
"Şəms" şadlıq sarayının rəhbərliyi cəzalandırıldı

Bakı. Çingiz Səfərli - Trend:

AQTA əməkdaşları tərəfindən Gəncə şəhəri, Məhrəsə bağı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədova Gülüzar Şahmar qızına məxsus “Şəms” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti