...

Ötən həftə 64 hektara yaxın ərazi minadan təmizlənib

Gündəm Materials 15 Noyabr 2021 14:51 (UTC +04:00)
Ötən həftə 64 hektara yaxın ərazi minadan təmizlənib

Bakı. Trend:

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, noyabrın 8-dən 13-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 57 piyada əleyhinə, 56 tank əleyhinə mina və 20 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

63,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, ANAMA 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 31-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 10200 piyada əleyhinə mina, 4329 tank əleyhinə mina və 12436 Partlamamış Hərbi Sursat (PHS) aşkarlayıb. Həmin dövrdə 5944 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti