...

Azərbaycanda Tam Yeni İnfiniti QX55 avtomobili təqdim olunub (FOTO)

Gündəm Materials 10 Dekabr 2021 12:30 (UTC +04:00)
Azərbaycanda Tam Yeni İnfiniti QX55 avtomobili təqdim olunub (FOTO)

Bakı. Trend:

Artiq 20 ildir ki, İnfiniti brendini Azərbaycanda uğurla təmsil edən “Nurgün Motors” Tam Yeni İnfiniti QX55 avtomobilinin təqdimatını həyata keçirib.

36 ildən çox tarixə sahib İnfiniti brendi “Nissan Motor Company-nin” lüks markasıdır. Marka 1985-ci ildə Nissan çətiri altında və çox özəl dizaynerlər və mühəndislər qrupu olan Nissan's Horizon Task Force rəhbərliyi altında istehsala başlamışdır.

INFINITI avtomobil brendi dünyaya ən yeni QX55 modelini təqdim etməkdədir. Bu yeni kupe-krossoveri INFINITI markası tarixinin ən böyük əfasənəsi hesab olunan INFINITI FX modelinin varisi və davamçısı adlandırmaq olar. Zamanında FX modeli krossover seqmentinin qaydalarını dəyişərək az qala 20 il ərzində rəqibsiz avtomobil olmuş və INFINITI markasının dünyadakı nüfuzuna xüsusi töhfə vermişdir. Keçmiş illərin FX-ni və hazırki QX55 modellərini bir çox şeylər birləşdirir. Bunlardan ən əsası isə maşının bütün perimetri boyu xətləri, cizgiləri və ümumi görünüşüdür.

INFINITI prezidenti Peyman Karqar QX55 modeli haqda danışarkən bu ifadəni işlətmişdir: “Bu avtomobil kölgədə gizlənmək üçün yaranmamışdır. O, özünə kifayət qədər diqqət cəlb edərək, sürücü və sərnişinlər üçün ideal komfort bəxş edəcəkdir. Bu doğrudan da forma və mahiyyətin unikal birləşməsidir”.

Avtomobil, son dövrlərdə artıq məşhurlaşmıış, dəyişkən sıxlıq səviyyəli VC-Turbo mühərriki ilə təchiz olunmuşdur. Bu mühərrik düşən yükdən asılı olaraq sıxlığın səviyyəsini sərbəst şəkildə tənzimləməklə avtomobilin dinamik sürüş keyfiyyətini artırır və eyni zamanda yanacaq sərfiyyatının effektivliyini təmin edir. Azərbaycan bazarına təqdim olunan avtomobil 2.0 litr həcmli, 249 at gücü və 380 NM fırlanma anına malik mühərriklə təchiz olunmuşdur. Bu mühərrik İntelligent-All Wheel Drive adlanan tamötürücülü ağıllı sürətlər qutusu ilə birlikdə çalışır. Müxtəlif sürüş modlarını – Eco, Sport və Standart rejimlərini seçməklə avtomobilin dinamikliyini və sürüş keyfiyyətini özünə uyğun dəyişmək mümkündür.

Qeyd edək ki, Nurgün Motors Azərbaycan bazarında "INFINITI" markalı avtomobillərin rəsmi distribütorudur. Şirkət INFINITI markalı avtomobillərin satışı, satışdan sonrakı zəmanət və texniki servis, həmçinin pərakəndə və topdan ehtiyat hissələrinin satışı ilə məşğul olur. Şirkətimizdən alınan bütün avtomobillərə 5 il 155 000 km rəsmi zəmanət verilir.

Ünvan : Bakı şəhəri, Babək pr31

Əlaqə: 012 934

Məqalədə:
Xəbər lenti

Xəbər lenti