...

Yaponiyalı alimlər koronavirusdan ölüm hallarının sayını azaltmağın yolunu tapıb

Gündəm Materials 13 Dekabr 2021 06:02 (UTC +04:00)
Yaponiyalı alimlər koronavirusdan ölüm hallarının sayını azaltmağın yolunu tapıb

Bakı. Trend:

Yaponiyanın Fizika və Kimyəvi Tədqiqatlar İnstitutunun həkimləri genetika ilə koronavirusdan ölüm halları arasında əlaqə aşkar ediblər.

Trend xəbər verir ki, elmi işin nəticələri Japan Times-da dərc olunub.

Tədqiqatçılar yaponların təxminən 60 faizində və avropalıların 10-20 faizində rast gəlinən HLA-A24 molekulunu araşdırıblar.

Aydın olub ki, onun tərkibində olan QYI komponenti orqanizmdə yad elementin (virusun) olması barədə immun sistemini xəbərdar edə bilər. Bu da öz növbəsində xəstəliklə daha yaxşı mübarizə aparmağa kömək edir.

Mütəxəssislər hesab edirlər ki, oxşar qorunma üsulu digər koronavirus infeksiyaları zamanı da işləyir. Ekspertlərin fikrincə, bu məlumatlar infeksiyanın yayılmasını və ondan ölüm hallarını azaltmaq üçün COVID-19 üçün dərmanlar, peyvəndlər yaratmaq üçün istifadə edilə bilər. Araşdırma həmçinin xərçəng və qan xəstəlikləri üçün tamamilə yeni bir dərman hazırlamağa kömək edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti