...

Saleh Rüstəmovun səhhətindəki problemlə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib

Gündəm Materials 30 Dekabr 2021 16:27 (UTC +04:00)
Saleh Rüstəmovun səhhətindəki problemlə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib

Bakı. Samir Əli - Trend:

Bu gün Nizami Rayon Məhkəməsində Saleh Rüstəmovun səhhətində olan problemlərə bağlı cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı vəkilləri tərəfindən vəsatətə baxılıb.

Trend-in məlumatına görə, məhkəmə qərar qəbul edib. Qərara əsasən, Saleh Rüstəmovun səhhətindəki problemlə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Ekspertiza rəyindən sonra Saleh Rüstəmov barədə qərar veriləcək.

Qeyd edək ki, Saleh Rüstəmov 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti