Bakı. Trend:
Türkiyə Ukraynadan daha 273 vətəndaşını təxliyə edib.
Trend-in məlumatına görə, bu barədə "Twitter" səhifəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yazıb.
Onun sözlərinə görə, təxliyə edilən Türkiyə vətəndaşlarının sayı 11 496 nəfərə çatıb:
"Vətəndaşlarımızın təhlükəsiz təxliyəsi üçün planlaşdırdığımız işlər davam edir".