...

Sabahdan Azərbaycanda "TURKOVAC" peyvəndinin sınaqlarına başlanılır

Gündəm Materials 8 Mart 2022 13:19 (UTC +04:00)
Sabahdan Azərbaycanda "TURKOVAC" peyvəndinin sınaqlarına başlanılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır.

Trend-in məlumatına görə, bunun üçün Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.

Sınaqların başlanması üçün martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.

Qeyd edək ki, yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olan "TURKOVAC" Erciyes Universiteti (ERU) və Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsi (TÜSEB) ilə birlikdə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti