...

Bakı-Quba yolunun bir hissəsi yararsız vəziyyətdədir (VİDEO)

Gündəm Materials 9 Mart 2022 12:26 (UTC +04:00)
Bakı-Quba yolunun bir hissəsi yararsız vəziyyətdədir (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Asif Mehman -Trend:

Bakı-Quba yolunun bir hissəsi yararsız vəziyyətə düşüb.

Trend xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır. Yoldan istifadə edən vətəndaşlar yolun yarasız olduğunu, gecə vaxtı və yağışlı, dumanlı havalarda yolun təhlükəli olduğunu bildirirlər.

Xatırldaq ki, bir müddət öncə fevralın 17-də Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən avtomobilin aşması nəticəsində bir ailənin bütün üzvləri həyatını itirmişdi. Qəzanın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra bir sıra vətəndaşlar qəzanın səbəbi kimi yolun hamar olmamasını göstərirdilər, lakin iddialar sonradan öz əksini tapmadı, qəzaya əsas səbəbin yüksək sürət olduğu bildirildi.

Bəs Bakı-Quba yolu nə zaman əsaslı təmir olunacaq?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Bakı-Sumqayıt dairəvi yolu 1984-cü ildə çəkilib. 2008-ci ildə həmin yol yenidən qurulub. Quba-Rusiya sərhədi avtomobil yolu 2010-cu ildə istifadəyə verilib. Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır.

"Ola bilsin ki, layihə düzgün icra olunmayıb, çəkilişdə səhlənkarlığa yol verilib, deyə o yol sıradan çıxıb. O yolun beton örtüyünün dəyişdirilməsinə böyük vəsait lazımdır. Həmin yola alternativ yol çəkilib. Həmin yol 2022-ci ildə istifadəyə veriləcək", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti